1-ci bölüm .EVİN BÖYÜK QIZI MƏSULİYYƏTİ

Màu nền
Font chữ
Font size
Chiều cao dòng

Hər kəsin səni necə sevdiyini,nə şəkildə gördüyünü,uşaqlar arasında dışlanıb dışlanmadığını,ailənin gözündə qalxmaq lazım olduğunu anlamağa başladığın həyatının 1-ci bölümü....
Ailə desən anan mələk, atan hər kəsə ayrı sənə ayrı ,atan hər zaman səni böyük qızım , böyük qızım deyə səsləndirib.Bundan başa düşürsən ki artıq evin BÖYÜK QIZI məsuliyyəti boynuna yüklənir.Balaca olsan da,özündən kiçik bacına ana-ata kimi başa salmalı,o nə desə də,nə etsə də dözməli başa salmalısan.Artıq bir uşaq hərəkəti olsa da onu belə etməməlisən.Bunlar böyüdükcə artır,artır
Amma xoşuna da gələ bilər çünki bir məsuliyyət daşıyırsan və atanın gözündə yüksəlirsən .
Bəzi qızlar üçün özünün yaxşılığından əvvəl,atasının razılığı böyük əhəmiyyət kəsb edir,elə şeylər ola bilər ki sənin özünü normal hesab etdiyin şey atanın xoşuna gəlmir,
Atanın dedikləri
Dərs oxu,dostum elə dedi,dostumun qızı belədi,dostumun oğlu,camaatın qızı hətta camaatın oğlu ,ora girdi bura girdi (samalyot)sürür sən niyə belə deyilsən mən sizə görə özümü fəda etmişəm, əziyyət çəkmişəm arvadımı götürüb gedəcəm xaricə ananın təstiqləməsinin verdiyi acı, qüssə və s.
Düşünürsən ,gecələr yatmırsan atanın yanına getmirsən ,sonda bəzi insanlarda o misal çəkdiklərindən nifrət edir ,oxumur eləmir əsəbimdən .
Amma bəzi insanlarda var ki,yəni buna əvvəldə dediyimiz kimi EVİN BÖYÜK QIZI MƏSULİYYƏTİ altında böyümüş qız deyir,o belə edib mən atama anama görə daha yaxşısını edəcəm ,əzilsən də hər kəsin içində rəzil olsanda ,bunu düşünürsən .
Bəli,atan sənin üçün ,birazda öz adı üçün deyir amma sən özünün xoşbəxtliyinə görə deyil,atanın gözündə qalxmaq hirsi ilə başlayırsan tikməyə öz gələcəyinə addımlar atmağa ,hər şey ata deyəndən sonra dəyişir niyə? çünki ata ,ata ,ata
Atasına bağlılıq,ata sevgisi,ata hər şeydi.
Sonra 14-15 yaş atan  sənə ev,maşın əmanət edir ,hər bir işində sağ əli kimisən atan da fəxr edir səninlə necə də gözəl .Atan danışanda onun üçün böyük əhəmiyyət kəsb etdiyini öyrənmək necə də gözəldir ,ürək açıcıdır .
Bir günah işləsən, səhv buraxsan atanın deyəcəkləri sənə olan güvəni ilə bağlı olur,Atan üçün seçilmiş şəxsiyyət olduğunu anlayırsan onun sənə güvəndiyini güvəninin adı da böyük qızım olur yəni ,böyük qızım söz birləşməsinin altında belə güvən, məsuliyyət,disiplin ,gülərüzlük ,güclülük yatır .

Bạn đang đọc truyện trên: Truyen2U.Pro